Xaçmaz rayonunda yerləşən restoranlardan birində müştəriyə məxsus bank kartı oğurlanıb.
Shimal.News xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Saleh Sultanov saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, S.Sultanov ələ keçirdiyi kart vasitəsilə hesabda olan 1590 manat pulu nağdlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.