20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Qəbələdə keçirəcəyi təlim-məşq toplanışının ikinci mərhələsi üçün hazırlıq görülür.
Shimal.News xəbər verir ki, U-20 millisi sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə məşq keçəcək.
Toplanış çərçivəsində millimizin iki yoxlama oyunu baş tutacaq. Azərbaycan U-20 komandası oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya ilə qarşılaşacaq.
Moldova ilə oyun saat 18:00-da, Yaponiya ilə görüş isə 16:00-da başlayacaq.