top
Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO
Video
Bu gün, 15:22
- ↺ +

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Gəndob–Xaçmaz–Yalama avtomobil yolunda iri daşların və digər sərt maneələrin düzülməsi sürücüyə ciddi ziyan vurub.

Hadisə barədə Shimal.News-a müraciət edən sürücünün sözlərinə görə, qəza sentyabrın 24-də gecə saatlarında Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində baş verib. O, "Mercedes" markalı avtomobillə Xaçmaz dairəsindən Xudat istiqamətində hərəkətdə olarkən qəfil qarşısına daş parçaları, şifer qırıqları və odun parçaları düzüldüyünü görüb.

Sürücü bildirir ki, toqquşmadan sonra avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi iki dəfə fırlanaraq asfalt örtüyündən çıxıb. Onun sözlərinə görə, avtomobilə təxminən 500 manat ziyan dəyib.

Hadisədən sonra sürücü aidiyyəti qurumun qaynar xəttinə məlumat verib. Əraziyə cəlb olunan əməkdaşlar burada görüntü kamerasının olmadığını və maneələri kimin yerləşdirdiyini müəyyənləşdirməyin çətin olduğunu bildiriblər. 

Sürücü avtomobilinə dəyən zərərin kim tərəfindən qarşılanacağı ilə bağlı da cavab ala bilmədiyini deyir. O, yola maneələrin kimin tərəfindən və hansı məqsədlə qoyulduğunun araşdırılmasını, hadisənin ictimailəşdirilməsini və məsul şəxslərin müəyyənləşdirilməsini xahiş edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Kriminal
Bu gün, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
Bu gün, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
Bu gün, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
Bu gün, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
Bu gün, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Cəmiyyət
Bu gün, 12:03

Müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı tarix açıqlandı

Faydalı
Bu gün, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Bu gün, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Bu gün, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Bu gün, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Bu gün, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Oxşar xəbərlər