Quba rayonunda torpaq sürüşməsi baş verib. Hadisə Rustov–Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Sürüşmə nəticəsində yolun asfalt örtüyündə çatlar əmələ gəlib.
Hazırda ərazidə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xəbərdarlıqedici lentlər çəkilib.
Qeyd edək ki, Rustov–Xanəgah yolu Qubanın bir neçə dağ kəndini rayon mərkəzi ilə birləşdirir.
Mənbə: Apa.аz