Zaqatala rayonunda silahlı insident baş verib.
Shimal.News xəbər verir ki, hadisə gecə saat 01:30 radələrində Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.