"Çox mehriban qonşu, gözəl ana idi. Hələ də inana bilmirik...". Bu fikirləri Siyəzəndə boğularaq öldürülən 44 yaşlı Xəyalə Ağaməliyevanın qonşuları səsləndiriblər.
Shimal.News xəbər verir ki, hadisə ilə bağlı onun qonşuları danışıb, qadının son saatları və hamını sarsıdan xəbər barədə fikirlərini bölüşüblər.
Rəsmi məlumata görə, qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Naqil Ağaməliyev saxlanılıb. İstintaqın versiyasına əsasən, o, borc və girov qoyulan qızıllarla bağlı bəhanə ilə qadının evinə gedib, onu öldürüb və evdən pul, qızıl və digər qiymətli əşyaları götürüb. Hadisənin təfərrüatları və qonşuların danışdıqları Baku TV-nin videosunda.