Xaçmaz şəhərində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, yanğın bu gün səhər saatlarında şəhərin Qələbə küçəsi 5 ünvanında yerləşən yaşayış evində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub və alovun söndürülməsi istiqamətində tədbirlər görülüb.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.