top
Xaçmazda silsilə oğurluq və quldurluq edən şəxsə ağır cəza
15 yanvar 2026, 09:31
- ↺ +

Xaçmazda silsilə oğurluq və quldurluq edən şəxsə ağır cəza

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğurluq və quldurluqda təqsirləndirilən Cavid Əlibəylinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Shimal.News-un əldə etdiyi məlumata görə, 2007-ci ildə anadan olan Cavid Əlibəyli tanışı ilə qabaqcadan əlbir olaraq 2022-ci ilin martın 5-də Xaçmaz rayonunda yaşayan zərərçəkmiş Sevdaya məxsus, hasarla əhatə olunmuş və yeni inşa edilmiş yaşayış evinin qarşısına gəlib. 
 
Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətyanı sahəyə qanunsuz daxil olub və evin divarlarına quraşdırılmış, ümumi uzunluğu 1100 metr olan, mis tərkibli elektrik naqillərini gizli yolla talayıb. Naqillərin ümumi dəyərinin 770 manat olduğu müəyyən edilib.

Bundan başqa, o, tanışları və yetkinlik yaşına çatmayan şəxslə ilə birlikdə həmin ayın 11-də digər zərərçəkmiş Tahirə məxsus yeni tikili evə daxil olub. Evə asma qıfılı sındıraraq daxil olan təqsirləndirilən şəxs və digər şəxslər müxtəlif ölçülü mis tərkibli elektrik naqilləri və bir ədəd elektrikli dəmir kəsən aləti (laqonda) gizli yolla ələ keçiriblər. Talanan əmlakın ümumi dəyəri 730 manat təşkil edib.

Eyni zamanda, Kərim həmin ilin mayın 1-də Xaçmaz şəhər mərkəzi bazarında zərərçəkmiş Mahirə məxsus piştaxtanın üzərindən içərisində 800 manat nağd pul, şəxsiyyət vəsiqəsi, plastik pensiya kartı və pul kisəsi olan əmlakı götürərək ümumilikdə 807 manat maddi ziyan vurub.
Araşdırmalarla həmçinin müəyyən edilib ki, Xaçmaz şəhəri, Bayraq Meydanının yaxınlığında zərərçəkmiş Qasımın qarşısını kəsib. Üzərində olan qatlanan cib bıçağı ilə onu hədələyib və cibində olan 149 manat pulunu ələ keçirib. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Əlibəyli törətdiyi cinayət əməllərinə görə 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, barəsindəki hökmdən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, adlar şərtidir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər