Xaçmazda evlərdən və hotellərdən oğurluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Shimal.News xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 46 yaşlı Cəlal Səfərəliyev və onun tanışı, 29 yaşlı Çingiz Məmmədov tutulublar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar.
Polisin keçirdiyi digər tədbirlər nəticəsində isə Xaçmaz rayonu ərazisində yerləşən hotellərdən birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov da saxlanılıb. Onun müxtəlif ünvanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar oğurladığı müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.