top
Xaçmazda  fındıq və velosiped oğurluğu yeniyetməyə baha başa gəldi
07 mart 2026, 11:36
- ↺ +

Xaçmazda fındıq və velosiped oğurluğu yeniyetməyə baha başa gəldi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda fərdi yaşayış evinin həyətində yerləşən anbardan velosiped və fındıq oğurlanması faktı ilə bağlı məhkəmə araşdırması aparılıb.

Teleqraf.com-un məlumatına görə, hadisə 2025-ci ilin oktyabr ayının əvvəlində Xaçmaz rayonunun kəndlərindən birində baş verib.


Məlumata əsasən, 16 yaşlı Seymur (adlar şərtidir – red.) oğurluq məqsədilə zərərçəkmiş Məlikə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub. O, əvvəlcə evdə heç kimin olmadığına əmin olduqdan sonra dəmir torlu hasardan aşaraq həyətyanı sahəyə keçib və anbar kimi istifadə olunan tikilinin pəncərəsindən içəri daxil olub.

Yeniyetmə anbardan 2381 manat dəyərində "Stark" markalı velosipedi götürərək hadisə yerindən uzaqlaşıb.
Bundan bir neçə gün sonra isə Seymur eyni niyyətlə yenidən həmin ünvana gələrək anbardan təxminən 20 kiloqram çəkidə, 150 manat dəyərində bir kisə fındıq oğurlayıb. O, fındığı sonradan Xaçmaz–Xudat yolu kənarında yerləşən fındıq qəbulu məntəqəsində 130 manata satıb.

Seymur məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurulan ziyanı ödədiyini deyib.

Zərərçəkmiş şəxs isə hadisə nəticəsində ona ümumilikdə 2531 manat maddi ziyan dəydiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə təqsirli bilinib.

Qərara əsasən, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Hökmə görə, təqsirləndirilən şəxs cəza müddətində hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsi daşımalı, Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməməli, həmçinin məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməməlidir. Bundan başqa, iş və ya təhsil yerini dəyişdirəcəyi halda əvvəlcədən nəzarət orqanına məlumat verməlidir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər