Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz maddələrin dövriyyəsində şübhəli bilinən İsa Cəbiyev saxlanılıb.
Shimal.News xəbər verir ki, onun üzərindən 1 kiloqram qadağan olunmuş maddə aşkarlanıb.
Davam etdirilən tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Eyvaz Musayevdən isə 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron, eləcə də qadağan olunmuş maddə aşkar edilərək götürülüb.