top
Qubada zədə alan azyaşlının ailəsi: Günahkar cəzalandırılsın
Foto
23 fevral 2026, 17:45
- ↺ +

Qubada zədə alan azyaşlının ailəsi: Günahkar cəzalandırılsın

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Qonaqkənd kənd sakini, 2009-cu il təvəllüdlü Elçin Elşən oğlu Ağaəliyə xəsarət yetirilməsi ilə bağlı ailəsi ədalətli araşdırma tələb edir.

Teleqraf.com-un məlumatına görə, hadisə ötən ilin 28 iyul tarixində baş verib. İddiaya əsasən, xəsarəti Qonaqkənd sakini Nurəddin Ceyhun oğlu Nurəddinov yetirib.

Məlumata görə, azyaşlı Elçin futbol oyunu zamanı qapıçı olub. Oyun epizodlarının birində topu saxlamaq üçün ayağını uzadarkən Nurəddin Nurəddinov onun sağ ayağının üzərinə tullanıb. Nəticədə Elçinin baldır sümüyü sınıb.

Zərərçəkmişə tibbi yardım göstərilsə də, onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Səhhətində yaranan problemlər səbəbindən azyaşlı təhsilini davam etdirə bilmir.

Elçinin babası Əfqan Əliyev istintaqın gedişindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, hadisədən 7–8 ay keçməsinə baxmayaraq, iş üzrə ciddi istintaq hərəkətləri aparılmayıb.

"Aylar keçməsinə baxmayaraq, iş üzrə nəticə yoxdur. Nəvəm 11-ci sinif şagirdidir, lakin aldığı xəsarət səbəbindən məktəbə gedə bilmir", – deyə o qeyd edib.

Şikayətçinin sözlərinə görə, 2025-ci il 8 dekabr tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda aparılan müayinənin nəticələrinə əsasən, zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilib. Yerimə məhdudiyyəti səbəbindən o, 6 ay müddətinə ev təhsilinə yönləndirilib.

Elçin iki dəfə Quba Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Onun baldır sümüyünə metal konstruksiya yerləşdirilib. 

Şikayətçi hadisə ilə bağlı polisə və prokurorluğa müraciət etdiklərini, lakin istintaqın gedişi barədə məlumat ala bilmədiklərini bildirib. O, Quba rayon prokurorluğuna, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə də müraciət etdiyini vurğulayıb.

Ailə zərərçəkmişə mənəvi və psixoloji zərər vurulduğunu bildirərək, günahkar şəxsin məsuliyyətə cəlb olunmasını tələb edir.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər