top
Qubada hamilə arvadını döyən ər azadlığa buraxıldı
14 aprel 2026, 11:40
- +

Qubada hamilə arvadını döyən ər azadlığa buraxıldı

Quba rayonunda ailə münaqişəsi zəminində 1990-cı il təvəllüdlü Telman həyat yoldaşı Gülnarəyə (adlar şərtidir)  xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin yanvarın 6-da rayonun kəndlərindən birində qeydə alınıb.

Mübahisə zamanı Telman həyat yoldaşının baş nahiyəsinə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunub. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Telman bildirib ki, arvadına yalnız bir dəfə şillə vurub və əməlindən peşmandır.

O, həmçinin qadının digər xəsarətləri yıxılma nəticəsində aldığını iddia edib.

Zərərçəkmiş Gülnarə isə ifadəsində fərqli məqamlar səsləndirib. Qadın bildirib ki, evliliklərinin ilk vaxtlarından münasibətləri gərgin olub və dəfələrlə zorakılığa məruz qalıb.

Gülnarənin sözlərinə görə, hamilə olduğu dövrdə də döyülüb. Bu isə bətnindəki uşağın sağlamlığına ciddi təsir edib. Uşaq ürək qüsuru ilə doğulub və sonradan həyatını itirib.

O, həmçinin bildirib ki, son hadisə zamanı yenidən döyülüb və bu səbəbdən hamiləliyi pozulub.

Hadisədən sonra Gülnarə xəstəxanaya müraciət edib və daha sonra hüquq-mühafizə orqanlarına şikayət edib.

Məhkəmənin qərarına əsasən, Telman barəsində amnistiya tətbiq olunub. Cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Bu gün, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Bu gün, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Bu gün, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Bu gün, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Bu gün, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Bu gün, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Bu gün, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Bu gün, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Bu gün, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Bu gün, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
Dünən, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər