top
Qubada 8 il qaranlıq qalan dəhşətli qətl yenidən MƏHKƏMƏDƏ
06 yanvar 2026, 16:05
- ↺ +

Qubada 8 il qaranlıq qalan dəhşətli qətl yenidən MƏHKƏMƏDƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada 8 il əvvəl törədilmiş qətl hadisəsi ilə bağlı təqsirləndirilən Əflatun Əspəndiyev barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın məlumatına görə, hazırda şikayət Ali Məhkəmədə araşdırılacaq.

Qeyd edək ki, 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndi ərazisində, Qudyalçayın üzərində yerləşən körpünün altında yandırılmış "VAZ-2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri -  1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlər aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-ci ildə iş üzrə dayandırılmış icraat bərpa edilib. Həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Osman Ömərovun 6 iyul 2017-ci ildən 7 iyul 2017-ci ilə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşdüyü, aralarında yaranan mübahisə zamanı Ülviyyə Məmmədovanı deşici alətlə yaraladığı, daha sonra Rəhman İşıqovla baş verən mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyi müəyyən edilib.

Bundan sonra cinayətin izlərini itirmək və yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr yaranıb.

İstintaq zamanı Osman Ömərovun törətdiyi cinayətdə 1987-ci il təvəllüdlü Əflatun Əspəndiyevin də ona kömək etdiyi məlum olub və onun barəsində də həbs qətimkan tədbiri seçilib. Toplanmış sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Osman Ömərov ömürlük azadlıqdan məhrum edilib, Əflatun Əspəndiyev isə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər