Qaxda polis əməkdaşları keçirdiyi əməliyyat zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası aşkarlanıb.
Shimal.News xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayev saxlanılıb.
Araşdırma zamanı onun çay sahilində yerləşən meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Həzrətəli Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.