Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi açılıb.
Shimal.News xəbər verir ki, Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac növünün kəsilməsi nəticəsində təbiətə 6400 manata yaxın maddi ziyan vurulub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.