Balakən rayonunda baş verən yanğın nəticəsində 100 ev quşu yanaraq tələf olub.
Shimal.News xəbər verir ki, hadisə Xalatala kəndində baş verib.
Fərdi yaşayış evlərindən birinin həyətində yerləşən yardımçı tikili 35 kvadratmetr sahədə yanıb. Onun daxilində 100 ev quşu tələf olub.
Faktla bağlı araşdırma aparılır.