top
Anasını öldürməzdən əvvəl süni intellektlə məsləhətləşib – Xaçmazdakı qətlin təfərrüatı
09 mart 2026, 15:59
- ↺ +

Anasını öldürməzdən əvvəl süni intellektlə məsləhətləşib – Xaçmazdakı qətlin təfərrüatı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Qadaşoba kəndində anasını qətlə yetirən yeniyetmə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 yaşlı A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

İstintaq materiallarına əsasən, yeniyetmə 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı 15 bıçaq zərbəsi ilə qətlə yetirib. Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, bu addımı atmasına səbəb anasının "TikTok" sosial şəbəkəsində tanımadığı şəxslə səmimi yazışmalarını görməsi olub.

Araşdırma zamanı məlum olub ki, yeniyetmə cinayəti törətməzdən əvvəl telefonunda süni intellekt proqramı ilə yazışıb. Onun telefonuna baxış keçirilərkən anasını öldürməyin üsulları, hadisənin hüquqi nəticələri və az cəza almaq üçün istintaqda necə ifadə verməli olduğu barədə suallar verdiyi müəyyən edilib.

Hadisə baş verən zaman yeniyetmənin atası və qardaşı evdə olmayıb. Qətli törətdikdən sonra o, qonşuluqda yaşayan əmisigilə gedərək anasını öldürdüyünü bildirib. Məhkəmədə verdiyi ifadədə yeniyetmə əməlindən peşman olduğunu deyib.

Məhkəmə prosesində Kifayət Lətifovanın "TikTok"da yazışdığı iddia olunan şəxs də ifadə verib. O bildirib ki, qadını tanımayıb və mesaj bölməsinə gələn yazışmalara baxmadan sildiyini deyib. Onun sözlərinə görə, yalnız bir dəfə cavab olaraq ürək smaylı göndərib və qadının kim olduğunu hadisədən sonra öyrənib.

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, A.Lətifov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.



Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər