Ağdaş rayonunda qətl hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, martın 23-də səhər saat 06:00 radələrində rayonun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.