Ağdərə rayonunun Heyvalı kəndindən gənc yaşlarında ayrılan Ərşad Həsənov 34 ildən sonra doğma yurda qayıdıb.
Shimal.News xəbər verir ki, məcburi köçkün kimi İsmayıllı rayonunda məskunlaşan Ərşad Həsənov həyat yoldaşı, övladları və nəvələri ilə birlikdə hazırda Heyvalı kəndində yaşayır.
Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ailə doğma torpaqlarına qayıtdıqdan sonra burada öz zəhməti ilə yeni həyat qurmağa başlayıb.
Onlar Heyvalıda ailə biznesinə başlayıblar. Ailə çörək və kətə bişirərək satışını həyata keçirir.
Ailə üçün bu kiçik biznes yalnız qazanc mənbəyi deyil, həm də doğma yurdda öz əməkləri ilə yaşamaq və gələcəyə inamla baxmaq deməkdir.