Zaqatala rayonunun əksər kəndlərində kənd təsərrüfatının böyük hissəsini fındıqçılıq təşkil edir. Lakin ilboyu zəhmət çəkən fermerlər bu il çətinliklərlə üzləşiblər.
Onların sözlərinə görə, fındıq bağlarında məhsuldarlıq azalıb. Bununla yanaşı, fındığın satış qiyməti də ötən illə müqayisədə təxminən iki dəfə aşağı düşüb.
Fermerlər məhsuldarlığın azalmasını fındıq bağlarında yayılan xəstəlik və zərərvericilərlə əlaqələndirirlər.
Video: Baku TV