Bu ilin noyabrın 1-nə Azərbaycanın rayon və şəhərləri üzrə problemli kreditlərin məbləği açıqlanıb.
Shimal.News xəbər verir ki, ölkədə problemli kreditlər 425 milyon manat təşkil edib.
Ölkə üzrə problemli kreditlərin də əksər hissəsi – 325 milyon manatı Bakı şəhərinin payına düşür. Şimal bölgəsində isə problemli kredit ən çox Xaçmaz rayonunda var.
Problemli kreditlərin həcmi müvafiq olaraq Xaçmazda 2,9 milyon, Qubada 2,8 milyon, Şabranda 1,3 milyon, İsmayıllıda 0,9 milyon, Qusarda 0,7 milyon, Siyəzəndə isə 0,5 milyon manat olub.