Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.
Qəza rayonun Böyük Həmyə kəndində baş verib.
Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Elməddin oğlu Kərimov Siyəzən şəhərindən kəndə qonaq gələn həmyaşıdı Murad Əkbər oğlu Əzimova məxsus motosikleti idarə edərkən qəza törədib. Nəticədə motosiklet yaşayış evinə çırpılıb.
Qəza nəticəsində ağır xəsarətlər alan Oqtay Kərimov Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Mənbə: Bizim.Media