Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edilib.
Bununla bağlı ADRA İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayıb.
Əmrə əsasən, Süleyman Qəhrəmanov Quba Regional Reklam İdarəsinə rəis təyin olunub.
Xatırladaq ki, cari ilin avqust ayında Süleyman Qəhrəmanov idarənin rəis əvəzi təyin edilib.
Mənbə: Unikal.аz
Fotoda: Fərhad Adıgözəlov