Şəki şəhərində və Şəki-Qax avtomobil yolunda qatı duman səbəbindən görmə məsafəsi xeyli azalıb.
Shimal.News xəbər verir ki, hazırda ərazidə müşahidə olunan hava şəraiti yolda hərəkəti çətinləşdirir.
Sürücülərə sürət həddini azaltmaq, ara məsafəsini qorumaq və duman əleyhinə işıqlardan istifadə etmək tövsiyə olunur.