top
Qubada kişi sərxoş halda maşın sürmə deyən dostunu bıçaqladı - 6 il cəza
Bu gün, 11:41
- ↺ +

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq İslamovun (ad və soyad şərtidir) cinayət işi üzrə hökm oxunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə 2025-ci ilin aprel ayında saat 18:00 radələrində Quba rayonunun Vəlvələ kəndində, Bakı-Quba avtomobil yolunun kənarındakı kafelərdən birində baş verib.

Belə ki, Namiq İslamov əvvəllər tanıdığı Qalib Mürşidovla (ad və soyad şərtidir) kafedə yeyib-içdikdən sonra özünə məxsus "Opel" markalı avtomobilin yanına gəlib.

Zərərçəkmiş şəxs onun sərxoş olduğunu görərək avtomobil idarə etməməyi, əvvəlcə çay içib özünə gəlməyi təklif edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs üzərindəki bıçaqla Qalibin qarın nahiyəsinə bir dəfə zərbə vurub.

İş materiallarına görə, bıçaq yarası qarın boşluğuna nüfuz edib, nəticədə mədənin arxa divarı, böyük piylik və köndələn bağırsağın müsariqəsi zədələnib.

İttihama görə, Namiq İslamov hadisəni xuliqanlıq niyyəti ilə törədərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurub. Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Bu gün, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Cəmiyyət
Bu gün, 09:49

Şəki-Qax avtomobil yolunu duman bürüdü – VİDEO

Cəmiyyət
Bu gün, 09:19

Qusarlı şagirdlər rəqs üzrə birinci olublar

Cəmiyyət
Bu gün, 09:17

Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 33-cü günü: XRONİKA

İdman
Dünən, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

İdman
Dünən, 17:26

"Şahdağ Qusar"la oyundan sonra "Səbail"ə ağır cəzalar verilib

Faydalı
Dünən, 17:10

Qəbələ 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

İdman
Dünən, 16:49

Şimal klublarının Kubok sınağı: "Şahdağ Qusar"dan 9 qol, "Şamaxı"dan böyük qələbə, üç komanda isə mübarizəni dayandırdı

Cəmiyyət
Dünən, 16:21

Qubada məktəblilər yanğınsöndürənlərin işi ilə tanış olublar

Hadisə
Dünən, 16:01

Zaqatalada 4 otaqlı ev yandı

İdman
Dünən, 15:34

"Şəki"nin yeni baş məşqçisi bəlli olub

Kriminal
Dünən, 15:26

Siyəzəndə qətlə yetirilən Xəyalənin qonşuları danışdı – VİDEO

Hadisə
Dünən, 14:30

Zaqatalada 924 min manatlıq dələduzluq: iş adamı həbs edildi

Hadisə
Dünən, 13:57

Xınalıq məktəbinin sabiq direktoru vəfat edib

Hadisə
Dünən, 13:12

Şəki sakini Sumqayıtda arvadını döydü, Göyçayda isə qətldə ittiham olundu

Cəmiyyət
Dünən, 12:12

Qusarda Zalikə Qayıbxanovanın 75 illik yubileyi qeyd olunub

İdman
Dünən, 11:36

Xaçmazlı idmançı Azərbaycan çempionu oldu

Cəmiyyət
Dünən, 10:37

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Hadisə
Dünən, 10:34

Xaçmazda qəza: piyada öldü

Hadisə
Dünən, 09:33

Rusiya Vəkillər Palatasının qusarlı vitse-prezidenti vəfat edib

Hadisə
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər