Xaçmaz şəhərində fəaliyyət göstərən "Xəzər" çay evində qida təhlükəsizliyi sahəsində nöqsanlar aşkarlanıb.
Shimal.News xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çay evində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, obyektin xidmət göstərməsi məhdudlaşdırılıb.