Qəbələnin girişində magistral yolun kənarında qalaqlanan məişət tullantıları Shimal.News-un xəbərindən sonra təmizlənib.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində, Qəbələyə girişdə yaranan antisanitar vəziyyət aradan qaldırılıb.
Xatırladaq ki, ərazidəki tullantıların ətrafa səpələnməsi və antisanitar vəziyyətlə bağlı sakinlərin narazılığı dəfələrlə gündəmə gətirilib.