Qusar şəhərində işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası təşkil olunacaq.
Shimal.News xəbər verir ki, yarmarka Quba-Xaçmaz Regional Məşğulluq filialı və "Şahdağ Turizm" QSC-nin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbir oktyabrın 22-də saat 11:00-da Qusar şəhəri, Mirzə Vəliyev küçəsində (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Yarmarkaya qatılacaq namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Onların CV ilə gəlmələri isə tövsiyə olunur.
Vakansiyalar, iş öhdəlikləri və əmək şərtləri barədə ətraflı məlumat tədbir zamanı iştirakçılara veriləcək.