top
İlhamə Qədimova: 8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir
Bu gün, 10:35
- ↺ +

İlhamə Qədimova: "8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda Aqrar Süni İntellekt layihəsinin fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən biri bitki sağlamlığı proqramıdır.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova layihənin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.

"Bu proqram çərçivəsində xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyən edilməsi həlləri artıq istifadəyə verilib. Xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması həlli aqrometeoroloji stansiyalardan əldə olunan məlumatlar əsasında riskləri saatlıq qiymətləndirir, zərərvericilərin inkişaf mərhələlərini izləyir. Hazırda sistem 8 meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir", - deyə o qeyd edib.

İ.Qədimova əlavə edib ki, dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli külək, yağıntı, temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir:

"Bu, fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir. Bitkilərin əraziyə uyğunluğunun müəyyən edilməsi, inkişaf fazaları üzrə risklərin xəritələşdirilməsi, temperatur xəbərdarlıqlarının verilməsi və optimal əkin müddətinin hesablanması da istismarda olan həllər sırasındadır. Torpaq və iqlim göstəricilərinə əsaslanan məlumatlar bitki və sort seçiminin daha əsaslandırılmış şəkildə aparılmasına şərait yaradır".

Mənbə: Report.аz

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:38

Balakəndə 574 sakin ödənişsiz tibbi müayinədən keçib

Hadisə
Bu gün, 10:42

Şəkidə müştəri gediş haqqı üstündə taksi sürücüsünü döyüb

Cəmiyyət
Bu gün, 09:36

Zaqatalada 79 yaşlı kişi itkin düşüb

Hadisə
Bu gün, 09:10

Qəbələdə yeniyetmənin ölümünə səbəb olan cərrahın cəzası ağırlaşdırıldı

Cəmiyyət
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 19-cu günü: XRONİKA

Hadisə
Dünən, 17:45

Bilgəhdə avtomobil aşdı: Qax sakini öldü

Cəmiyyət
Dünən, 16:47

Qubada Zəfər bulağı aylardır susuz qalıb

Cəmiyyət
Dünən, 15:40

Ad günündə şəhid olan balakənli igidimiz

Hadisə
Dünən, 14:50

Qaxda 132 min manatlıq dələduzluq edən sahibkara ağır cəza

İdman
Dünən, 13:57

Qusarın idmançı qızlarından Azərbaycan çempionatında 3 medal

Hadisə
Dünən, 13:08

Qubada avtobus və avtomobil toqquşub

Cəmiyyət
Dünən, 12:29

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib

Hadisə
Dünən, 11:49

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib

Hadisə
Dünən, 11:03

Xaçmazda "Chevrolet" ağaca çırpılıb - FOTO

İqtisadiyyat
Dünən, 11:00

Vahid Əhmədov: "Quba və Qusarda emal müəssisələri yaradılmalıdır"

Hadisə
Dünən, 10:00

Şəki məhkəməsi bir yaşlı oğlunun ölümünə səbəb olan anaya hökm oxudu

Hadisə
Dünən, 09:11

Zaqataladakı qəzalı körpü bərpa olunacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Hadisə
13 oktyabr 2026, 18:10

Ağsuda evlərdən qadın geyimləri oğurlayan kişi HƏBS OLUNDU

Hadisə
13 oktyabr 2026, 17:30

Balakəndə Gürcüstandan gələn yük maşınında gizli dərmanlar tapıldı

Hadisə
13 oktyabr 2026, 17:00

İsmayıllılı şəhidin doğum günüdür

Hadisə
13 oktyabr 2026, 16:12

Qubalı qadın oğlunu sakitləşdirmək istədi, özü bıçaqlandı

Oxşar xəbərlər