Xaçmazda 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə başlanılıb.
Sakinlər tərəfindən müsbət qarşılanan layihənin ərazidə nəqliyyatın hərəkətini asanlaşdıracağı və kəndlərarası əlaqəni yaxşılaşdıracağı gözlənilir.
Gəndob-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyindən ayrılan yol rayonun Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Müşviq, Müşkür, Hacıqazma, Hacıəhmədoba, Şərifoba, Qaracəlli və Xəzərli kəndlərini birləşdirir.
Yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulur. Onun ümumi uzunluğu 35,2 kilometrdir.