Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
Bu əlamətdar tarix Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il qeyd olunur.
Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.
2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.
Artıq Zəngilana həyat qayıdıb. İşğal zamanı vandalizmə məruz qalan Zəngilanda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Düz üç ildir ki, Zəngilan sakinləri öz doğma torpaqlarında, yenidən tikilən evlərdə məskunlaşırlar.