Şabran rayonunun Əmirxanlı kəndində yolların vəziyyəti heç də ürəkaçan deyil.
Məsələ ilə bağlı Shimal.News-a danışan kənd sakinləri bildirirlər ki, kənddaxili yollar asfaltsızdır, yol səthi tamamilə daş-kəsək və çala-çuxurla örtülüdür. Yolun bəzi hissələrində hərəkət üçün düzgün zolaq belə qalmayıb. Belə vəziyyət həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirir.
"Burada təxminən 400-500 evlik kənddir. Bu yol kəndin giriş hissəsidir. Aprel ayında yağan güclü yağışlar nəticəsində çay məcrasından çıxıb gəlib yollarımızı yuyub, bu hala salıb. Ondan bəri bizimlə maraqlanan yoxdur. Heç kim baxıb bir tədbir görmür", - deyə sakinlər bildirirlər.
Kənd sakinləri aidiyyəti qurumlardan yolların əsaslı şəkildə təmir edilməsini istəyirlər.