top
Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir
Bu gün, 17:42
- ↺ +

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rejissor Nurlan Həsənlinin "Köçəri" adlı tammetrajlı sənədli filmi Xınalıqdan olan ata və oğulun həyatını, köçəri təsərrüfat ənənələrini və bu irsin gələcəyini əks etdirir.

Film Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə çəkilir. Ekran əsərində çoban ailəsinin Hacıqabuldan Qubanın kəndlərindəki yaylaqlara qədər 15 gün davam edən köçü lentə alınıb.

Nurlan Həsənlinin sözlərinə görə, filmin əsas xəttini oğulun məktəbi yarımçıq qoyaraq atasının təsərrüfatını davam etdirmək istəyi ilə atanın onun təhsilini davam etdirməsini arzulaması arasındakı ziddiyyət təşkil edir. Ekran əsərində Xınalıq kəndinin dili, mədəni irsi, yaylaq-qışlaq ənənələri və köç yolları boyunca yerləşən tarixi-mədəni abidələr də təqdim olunur.

Rejissor bildirib ki, mart ayında qışlaq həyatı və Novruz adət-ənənələri, avqustda isə yaylaqda görülən işlər çəkilib. Növbəti mərhələdə yaylaqdan qışlağa köçün lentə alınması planlaşdırılır. Filmin gələn ilin aprelində təhvil verilməsi, premyerasının isə ilk növbədə beynəlxalq festivallardan birində keçirilməsi nəzərdə tutulur.

Nurlan Həsənli hazırda daha bir tammetrajlı sənədli film üzərində çalışır. "Həvəskar fotoqrafın ailəvi portreti" adlanan ekran əsəri post-prodakşn mərhələsindədir. Rejissorun şəxsi hekayəsinə əsaslanan film ailə üzvlərinin bir bədii filmin çəkilişində iştirakını və onların şəxsi həyat hekayələrini əhatə edir. Layihə inkişaf və post-prodakşn mərhələlərində Amsterdam Beynəlxalq Sənədli Film Festivalı (IDFA) və "Əl-Cəzirə" sənədli film kanalının dəstəyi də daxil olmaqla bir sıra dəstəklər qazanıb.

"Köçəri" filminin yaradıcı heyətinə ssenari müəllifi və rejissor Nurlan Həsənli, prodüser Emil Nəcəfov, kreativ prodüser Türkan Hüseyn, təsvir rejissoru İman İmanov, ikinci operator Əli Rza, səs rejissoru Ramal Rüstəm, montaj rejissoru Asif İsgəndərli, icraçı prodüser Ruhin Mirzəyev və xətt prodüseri Fariz Muradxanlı daxildir.
Mənbə: Azərtac

Son xəbərlər

Hadisə
Bu gün, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Bu gün, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Bu gün, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Bu gün, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Bu gün, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Bu gün, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Bu gün, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Bu gün, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Bu gün, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Bu gün, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Bu gün, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Bu gün, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Bu gün, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Bu gün, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Bu gün, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Bu gün, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Dünən, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
17 oktyabr 2026, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
17 oktyabr 2026, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Oxşar xəbərlər