Aqrar Sığorta Fondu Ağsu, Hacıqabul və Samux rayonlarında sel-subasma nəticəsində günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat ödəniş edib
Hazırda ölkəmizdə 13 min hektardan artıq ərazidə günəbaxan əkilir. Sahələrin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.
Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün ərazi sığortalanmalıdır.
Sığorta haqqının 50 %-ni dövlət qarşıladığına görə, fermerlər cüzi ödəniş edib əkin sahələrini sığortalaya bilirlər.