top
Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu
Bu gün, 11:42
- ↺ +

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən uğrunda gedən döyüşlərdə iştirak edənlərdən, torpaqlarımızın azadlığı üçün mübarizə aparanlardan biri də Qusar rayon sakini Rəcbər İsrafilovdur.

25 yaşlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyindən yararlanaraq kiçik biznesini qurub, zəhməti ilə ailəsinin dolanışığına töhfə verir.

Rəcəb İsrafilov ötən ilin fevral ayında Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində ona dönərxana açmaq üçün zəruri avadanlıqlar təqdim edilib. Beləliklə, gənc müharibə iştirakçısı kiçik sahibkarlıq fəaliyyətinə başlayaraq, qazanc mənbəyi əldə edib.

Hazırda Qusar rayonunda, xəstəxanalardan birinin yaxınlığında fəaliyyət göstərən dönərxanada əsasən toyuq dönəri hazırlanır. Ərazinin gediş-gəliş baxımından əlverişli olması da müştəri sayına müsbət təsir göstərir. Xəstəxanaya müraciət edən və yaxınlıqdan keçən sakinlər onun əsas müştəriləri sırasındadır.

Rəcbər İsrafilov fəaliyyətindən və qazancından razıdır. O bildirir ki, işindən əldə olunan gəlir gündəlik dolanışığını təmin etməyə imkan verir:"Öz əməyinlə qazanc əldə etmək, müstəqil fəaliyyət göstərmək insana həm maddi, həm də mənəvi baxımdan stimul verir".

Qeyd edək ki, Rəcbər İsrafilov Vətən müharibəsində sonadək iştirak edib. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində aparılan döyüşlərə qatılan gənc müxtəlif medallarla təltif olunub. O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı son məlumata əsasən, tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar. Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.

Mənbə: Azərtac

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Oxşar xəbərlər