top
Şabalıdın məhsuldarlığı azalıb
Bu gün, 12:22
- ↺ +

Şabalıdın məhsuldarlığı azalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki-Zaqatala bölgəsində şabalıd yığımı başa çatıb. Zaqatalalı fermerlər son illər məhsuldarlığın kəskin azaldığını, bəzi təsərrüfatlarda yığımın əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşdüyünü bildirirlər.

Fermerlərin sözlərinə görə, şabalıd ağaclarının quruması məhsul itkisinə səbəb olan əsas amillərdəndir. Zaqatalanın Aşağı Çardaxlar kənd sakini Yusif Mustafayev bildirib ki, 10 il əvvəl 300-400 kiloqram məhsul götürdüyü bağdan bu il cəmi 10-15 kiloqram şabalıd yığa bilib.

Məhsulun bazar qiyməti də mövsüm ərzində aşağı düşüb. İlk vaxtlar kiloqramı 13-15 manata satılan şabalıd hazırda keyfiyyətindən və növündən asılı olaraq 6-10 manat arasında təklif olunur. Bəzi fermerlər məhsulu qiymətlərin yüksələcəyinə ümid edərək mart-aprel aylarına qədər saxlayırlar.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 273,5 hektar şabalıd bağı olub və bu sahələrdən 554,6 ton məhsul əldə edilib. İstehsalın təxminən 92 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb. Əsas istehsalçı rayonlar Qəbələ, Zaqatala, Oğuz, Balakən və Qubadır.

2026-cı il üzrə yığım davam etdiyindən ölkə üzrə yekun istehsal və məhsuldarlıq göstəriciləri hələ açıqlanmayıb.

Nazirlikdən bildirilib ki, şabalıd istehsalının artırılması üçün yeni bağların salınması, xəstəliklərə davamlı sortların əkilməsi və mövcud ağacların zərərli orqanizmlərdən qorunması istiqamətində tədbirlər görülür.

Bundan başqa, 2027-ci ildən Qarabağ və Şərqi Zəngəzurda müəyyən şərtlərlə şabalıd bağı salan fermerlərə hektara 3 250 manat birdəfəlik subsidiya veriləcək. Dağlıq və dağətəyi ərazilərdə intensiv və superintensiv şabalıd bağları salan fermerlər isə beş il ərzində hər il hektara 800 manat əkin subsidiyası ala biləcəklər.

Dövlət Statistika Komitəsinin 2026-cı ilin sentyabr ayına olan məlumatına əsasən, ölkədə yerli şabalıdın orta satış qiyməti kiloqramı 9 manat 64 qəpik, idxal məhsulunun qiyməti isə 11 manat 38 qəpik olub.
Mənbə: ATV

Son xəbərlər

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Oxşar xəbərlər