top
Yenidən parlayan istedad
12 noyabr 2025, 15:40
- ↺ +

Yenidən parlayan istedad

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın futbol üzrə U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığmasına qarşı keçirəcəyi oyun üçün heyət açıqlanıb.
Baş məşqçi Rəşad Eyyubovun seçimləri arasında bir ad xüsusilə diqqət çəkib - Birinci Liqa təmsilçisi “Zaqatala”nın yarımmüdafiəçisi Okan Təhməzli.

20 yaşlı futbolçu “Qəbələ” klubunun yetirməsidir. İki mövsüm əvvəl, cəmi 18 yaşında Premyer Liqada əsas komandada debüt edən Okan o vaxtkı baş məşqçi Kaxaber Tsxadadzenin də xüsusi rəğbətini qazanmışdı. Lakin sonradan gənc oyunçunun karyerasında gözlənilməz eniş baş verdi.

“Qəbələ”dən ayrılan Okan əvvəlcə İkinci Liqa təmsilçisi “Cəbrayıl”a keçdi, bu mövsümdən isə “Zaqatala”nın şərəfini qoruyur. Gənc yarımmüdafiəçi yenidən U-21 yığmasına çağırılmaqla karyerasında dönüş nöqtəsinə imza atıb.

Sportinfo.az-ın məlumatına görə, Okan Təhməzli milliyə dəvət almasının onun üçün böyük motivasiya olduğunu bildirib:

“Milliyə yenidən dəvət almaq çox xoş hissdir. Bu bayraq altında oynamaq hər bir futbolçu üçün böyük qürurdur. Üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Enişlər və yoxuşlar futbolun bir parçasıdır, mənim üçün isə bunlar təcrübədir. “Qəbələ”dən sonra “Cəbrayıl”da yaxşı mövsüm keçirdim, indi isə “Zaqatala”da hər şey qaydasındadır. Burada mənə inanır və şans verirlər. Mənim məqsədim sadəcə milliyə çağırılmaq deyil, bu formanı daima daşımaq və onun dəyərini hiss etməkdir”.

Okan Təhməzli bir daha sübut etdi ki, istedad və əzm birləşəndə ikinci şanslar həmişə mümkündür.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər