top
Xınalıqdan olan dünya şöhrətli Şəfəq Həmidova ilə MÜSAHİBƏ
17 aprel 2026, 15:52
- ↺ +

Xınalıqdan olan dünya şöhrətli Şəfəq Həmidova ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycanın qadın cüdoçusu Şəfəq Həmidova sensasiyaya imza ataraq, dünya çempionu və olimpiya mükafatçısı olmuş rəqiblərini üstələyib. Yarımfinaladək irəliləməyi bacaran 26 yaşlı idmançı sonda 5-ci yeri tutub.

Görüşlərinin ardından Həmidova Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşına müsahibə verib. O, əvvəlcə təəssüratlarını bölüşüb:

- ⁠Rəqiblərim çox güclü idilər. Buna baxmayaraq, vuruşdum, döyüşdüm. Medala çox yaxınlaşmışdım. Lakin qismət olmadı.

- Kifayət Qasımovadan sonra ikinci Avropa mükafatçısı kimi tarixə keçməyə yaxın idiniz. Bunu bilirdiniz?

- Bəli, bilirdim. Qızlarla da az öncə bundan danışırdıq.

- Dünya çempionu və olimpiya mükafatçısı olmuş cüdoçuları məğlub etmişdiniz. Medalı son anda qaçırmağınız sizə necə təsir edir?
- ⁠Fikrimcə, çox yaxşı nəticədir. Artıq özümü daha özgüvənli hiss edirəm. Ən güclü rəqib üzərində belə qələbə qazana biləcəyimi hiss edirəm. Bundan sonra 5-ci yer yox, olimpiya çempionluğu istəyirəm.

- Yeni baş məşqçi Amina Abdellatif sizdə nəyi dəyişdi ki, nəticələrinizi bu dərəcədə yaxşılaşdırdınız?
- Əvvəllər yeniyetmələrin və gənclərin yarışında müəyyən nəticələrim olmuşdu. Lakin böyüklərin mübarizəsində çıxış etmək mənə qismət olmamışdı. Bu, yeni baş məşqçinin rəbhbrliyi altında ilk Avropa çempionatım idi. ⁠Həm psxoloji baxımdan dəyişmişəm, həm də döyüşdən qopmamağı öyrənmişəm, daha əzmkaram. Əvvəllər tam istədiyim kimi vuruşa, gücümü ortaya qoya bilmirdim. Sanki özümə inamım yox idi. Bir çox yarış buraxmışdım. 4 il ərzində ara-sıra çıxış edirdim. Yeni məşqçilərin gəlişindən sonra itirdiyim özgüvənimi tam qazandım.

- 5-ci yeri Bakıda keçiriləcək dünya çempionatında medalla sığortalamaq barədə nə düşünürsünüz?
- ⁠Qismət olsa, niyə də olmasın?! Özümü güclü hiss edirəm. Rəqiblərim də güclüdür, amma mən yenə də vuruşacam. Əlimdən gələni edəcəyəm ki, medal qazanım.

- Qarışıq komanda yarışlarında medal qazanmağa qadın cüdoçuların zəif nəticələrinin mane olduğu bildirilirdi. Bugünkü nəticənizdən sonra belə bir problemin tədricən aradan qaldırılmağa başlandığını demək olarmı?
- İnanıram ki, hər kəs çox çalışsa, axıradək vuruşsa və bir az da psixoloji hazırlıqlı olsa, medal qazana bilər. Qadınlardan ibarət komandamızın zəif olduğunu düşünmürəm. Çatışmayan cəhətlər üzərində işləmək lazımdır. Burada iştirak edən hər bir qadın cüdoçumuz medala yaxın idi.

- Öz karyeranız barədə də məlumat verərdiniz: Harada doğulmusunuz, cüdoya qədər hansı məşğuliyyətiniz olub?
- Əslən ⁠Qubadan - Xınalıq kəndindənəm. Valideynlərim Sumqayıta köçüblər və özüm Sumqayıtda doğulmuşam. Cüdodan əvvəl qarmona getmişəm (gülür - red.). Sonra cüdoya və voleybola getdim. Lakin ilk məşqçim Zaur İsgəndərli "Birini seç, hansını istəyirsənsə, onunla davam et" dedi. Mən də cüdonu seçdim.

- Qarmonçu kimi toylara getmirdiniz?
- Xeyr, qarmon öyrənməyə yeni başlamışdım. Həmin vaxt inanmırdım ki, cüdoya gələrəm. Qardaşım cüdoya gedirdi, mən də onun məşqlərinə baxdıqdan sonra həvəsləndim. Valideynlərimdən xahiş etdim ki, məni də cüdoya qoysunlar. Nəticələr göstərəcəyimə söz verdim. Qardaşım cüdonu dayandırsa da, mən yoluna davam etdim.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər