"Şahdağ Qusar" yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.
Shimal.News xəbər verir ki, I Liqa təmsilçisi yarımmüdafiəçi Xəyal Tomarovu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xəyal Tomarov son olaraq "Şəfa" klubunun formasını geyinib. Yeni transferin qarşıdakı mövsümdə "Şahdağ Qusar"ın orta xəttinə güc qatacağı gözlənilir.