16 - 17 iyul 2025-ci il tarixlərində Bakı şəhərində Çimərlik Arenasında yeniyetmələr və böyüklər arasında çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirilib.
Shimal.News xəbər verir ki, yarışda Xaçmaz rayonunu təmsil edən Elvin Hacıquliyev uğurla çıxış edib.
80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn güləşçi çempion olaraq qızıl medala layiq görülüb.