İkinci liqanın 10-cu turunda Xaçmazın “Şimal” və Şəmkirin eyni adlı komandalarının gərgin mübarizəsi baş tutub.
Shimal.News xəbər verir ki, oyun Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.
Xaçmaz komandası 1:0 hesabla qələbə çalıb. Tofiq Nəsibovun vurduğu qol komandanın hesabına 3 xal əlavə edib.