Xaçmazlı idmançı Cəmilə Niftəliyeva savat üzrə Azərbaycan çempionatında qızıl medal qazanıb.
Shimal.News xəbər verir ki, yarış oktyabrın 25-də Sumqayıt şəhərində keçirilib.
48 kq çəki dərəcəsində mübarizə aparan Cəmilə Niftəliyeva bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb.
Qeyd edək ki, bu barədə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi məlumat yayıb.