top
Şimal klublarının Kubok sınağı: Şahdağ Qusardan 9 qol, Şamaxıdan böyük qələbə, üç komanda isə mübarizəni dayandırdı
Bu gün, 16:49
- ↺ +

Şimal klublarının Kubok sınağı: "Şahdağ Qusar"dan 9 qol, "Şamaxı"dan böyük qələbə, üç komanda isə mübarizəni dayandırdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Azərbaycan Kubokunun II təsnifat mərhələsində ölkənin şimal və şimal-qərb bölgələrini təmsil edən altı komandanın taleyinə aydınlıq gəlib. "Şahdağ Qusar", "Şamaxı" və "Qəbələ" 1/8 finala yüksəlib, "Hypers", "Şimal" və "Zaqatala" isə turnirlə vidalaşıblar.

Shimal.News xəbər verir ki, oktyabrın 28-də keçirilən görüşlərin ən diqqətçəkən nəticəsi Qusar təmsilçisinin adı ilə bağlıdır. I Liqada çıxış edən "Şahdağ Qusar" Bakıda MOİK-i 9:1 hesabı ilə darmadağın edib.

Binə qəsəbə stadionunda keçirilən qarşılaşmada Aqostinyo Çipesse het-trik edib. Arsene Dauda isə iki dəfə fərqlənib. Qusar komandasının digər qollarını Joze Zenqo, Məqsəd İsayev, Mehrac Baxşalı və Gülağa Əsədov vurublar. MOİK-in yeganə qolunun müəllifi Qurban Səfərov olub.

Bu nəticə xüsusilə maraqlıdır. Çünki komandalar I Liqanın turnir cədvəlində bir-birinə yaxın mövqelərdə qərarlaşıblar. Görüşdən əvvəl "Şahdağ Qusar" 15 xalla ikinci, MOİK isə 13 xalla üçüncü pillədə idi.

Qusar təmsilçisi sentyabrda çempionat çərçivəsində də MOİK-i 1:0 hesabı ilə məğlub etmişdi. Lakin bu dəfə qələbə daha böyük fərqlə əldə olunub.

"Şahdağ Qusar"ın növbəti rəqibi artıq məlumdur. Komanda Azərbaycan Kubokunun 1/8 finalında Premyer Liqa təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq. Beləliklə, növbəti mərhələdə şimal və şimal-qərb bölgələrinin iki klubu üz-üzə gələcək.

Oktyabrın 28-də digər bölgə təmsilçiləri — "Şamaxı" və Qubanın "Hypers" klubu da bir-biri ilə qarşılaşıblar.

Şamaxı şəhər stadionunda keçirilən matç Premyer Liqa təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı" artıq 4-cü dəqiqədə Oruc Məmmədovun qolu ilə önə keçib. Edqar Adilxanov, Teşaqer Dequ və Həbib İsmayılov da qalib komandanın heyətində fərqləniblər.

Qubanın II Liqa təmsilçisi "Hypers" isə yalnız bir dəfə rəqib qapısına yol tapa bilib. Komandanın yeganə qolunu 62-ci dəqiqədə Mahmud Məmmədov vurub.

Maraqlıdır ki, "Hypers" nominal meydan sahibi sayılsa da, görüş Qubada deyil, Şamaxıda təşkil olunub. Buna Quba klubunun stadionunun turnirin tələblərinə cavab verməməsi səbəb olub.

Beləliklə, "Hypers" üçün Kubok mübarizəsi başa çatıb. "Şamaxı" isə 1/8 finalda "Xankəndi" – "Gəncəbasar" görüşünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, oktyabrın 27-də də bölgələrimiz üçün üç mühüm Kubok oyunu keçirilib.

Həmin gün "Qəbələ" doğma meydanda "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Qəbələ şəhər stadionunda keçirilən görüşdə qolları Ziya Şəkərxanov, Endri Çekiçi və Bruno Silva vurublar.

Zaqatala təmsilçisi isə gözlənilməz məğlubiyyətlə üzləşib. I Liqada çıxış edən "Zaqatala" səfərdə II Liqa klubu, Sabirabadın "Marafon" komandasına 0:1 hesabı ilə uduzub. Görüşün yeganə qolunu 59-cu dəqiqədə İlham Allahverdiyev vurub.

Xaçmazın "Şimal" komandası da Kubokla vidalaşıb. II Liqa təmsilçisi Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada Premyer Liqa klubu "Araz-Naxçıvan"a 0:6 hesabı ilə məğlub olub. Rəqibin heyətində Ağadadaş Salyanski üç qol vuraraq het-trik edib.

Beləliklə, iki oyun gününün nəticələrinə əsasən şimal və şimal-qərb bölgələrini təmsil edən altı komandadan üçü — "Şahdağ Qusar", "Şamaxı" və "Qəbələ" Azərbaycan Kubokunun 1/8 finalında mübarizəni davam etdirəcək.

"Hypers", "Şimal" və "Zaqatala" isə ölkə kubokunda çıxışlarını başa vurublar.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları dekabrın 1–2-də keçiriləcək.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

İdman
Bu gün, 17:26

"Şahdağ Qusar"la oyundan sonra "Səbail"ə ağır cəzalar verilib

Faydalı
Bu gün, 17:10

Qəbələ 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Cəmiyyət
Bu gün, 16:21

Qubada məktəblilər yanğınsöndürənlərin işi ilə tanış olublar

Hadisə
Bu gün, 16:01

Zaqatalada 4 otaqlı ev yandı

İdman
Bu gün, 15:34

"Şəki"nin yeni baş məşqçisi bəlli olub

Kriminal
Bu gün, 15:26

Siyəzəndə qətlə yetirilən Xəyalənin qonşuları danışdı – VİDEO

Hadisə
Bu gün, 14:30

Zaqatalada 924 min manatlıq dələduzluq: iş adamı həbs edildi

Hadisə
Bu gün, 13:57

Xınalıq məktəbinin sabiq direktoru vəfat edib

Hadisə
Bu gün, 13:12

Şəki sakini Sumqayıtda arvadını döydü, Göyçayda isə qətldə ittiham olundu

Cəmiyyət
Bu gün, 12:12

Qusarda Zalikə Qayıbxanovanın 75 illik yubileyi qeyd olunub

İdman
Bu gün, 11:36

Xaçmazlı idmançı Azərbaycan çempionu oldu

Cəmiyyət
Bu gün, 10:37

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Hadisə
Bu gün, 10:34

Xaçmazda qəza: piyada öldü

Hadisə
Bu gün, 09:33

Rusiya Vəkillər Palatasının qusarlı vitse-prezidenti vəfat edib

Hadisə
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 32-ci günü: XRONİKA

İdman
Dünən, 18:30

Qusar yetirməsi birinci oldu

Cəmiyyət
Dünən, 17:55

Qubalı Vətən müharibəsi şəhidinin doğum günüdür

Hadisə
Dünən, 17:28

Zaqatalalı iki uşaq atası Rusiya-Ukrayna müharibəsində həlak oldu

Faydalı
Dünən, 17:21

Qusarda 466 hektar meyvə bağı mərmər bağacığına qarşı dərmanlanıb

İdman
Dünən, 16:41

Şimal bölgəsinin iki komandası Azərbaycan Kuboku ilə vidalaşdı

Cəmiyyət
Dünən, 16:28

Avtomobildə telefon istifadəsinə görə kamera ilə cərimə yazılacaq

Oxşar xəbərlər