top
“Şərəf” ordeni alan Adil Osmanovun MÜSAHİBƏSİ
15 oktyabr 2025, 16:20
- ↺ +

“Şərəf” ordeni alan Adil Osmanovun MÜSAHİBƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan əsilli moldovalı cüdoçu Adil Osmanov bu mövsüm tatamidə az görünüb. Zədələrini bərpa etdikdən sonra o, Almaniyada keçirilən Ümumdünya Universiadasında qələbə ilə geri dönüş edib. Yaxın günlərdə isə Olimpiada bürünc mükafatçısı Moldovada idmanın inkişafına verdiyi töhfəyə görə “Şərəf” ordeni ilə təltif olunub.

İdman.biz bu əlamətdar hadisə münasibətilə Adil Osmanovla həmsöhbət olub.

- Ordenlə təltif olunmağınız münasibətilə sizi təbrik edirik! Hər bir idmançı üçün dövlət tərəfindən əməyinə qiymət verilməsi xüsusi bir duyğudur. Bu mükafat sizin üçün nə ifadə edir?

- Səmimi sözləriniz üçün çox sağ olun! Bu mükafatı Moldova Prezidenti Maya Sandudan ölkə idmanının inkişafındakı xidmətlərimə və Paris Olimpiadasındakı çıxışıma görə aldım. Orada bürünc medal qazandım. İdmançıların uğurlarının dövlət rəhbərliyi tərəfindən bu qədər diqqətlə qiymətləndirilməsi məni çox sevindirir. Məhz bu dəstəyin sayəsində Moldova Yay Oyunlarında tarixi nəticə əldə edə bildi.

- Son günlər yəqin ki, çoxlu təbriklər almısınız?

- Bəli, kifayət qədər çox oldu. Ən maraqlısı odur ki, mükafat aldığımı mənə Moldovadakı Azərbaycan Konqresinin sədri Elçin Bayramov zəng edib bildirdi. Elə ilk təbrik də ondan gəldi. Ardınca çox sayda təbriklər Azərbaycandan da gəldi. Mənim üçün bu, çox önəmlidir - bilmək ki, tarixi vətənimdə də karyeramı izləyir və mənə dəstək olurlar.

- Almaniyada keçirilən Ümumdünya Universiadası sizin üçün Olimpiadadan sonrakı ilk yarış idi? İdmana qələbə ilə dönməyinizdən sonra hansı hissləri keçirdiniz?

- Bəli, iki əməliyyat keçirdiyim üçün həm Avropa, həm də dünya çempionatlarını buraxmalı oldum. Universiada isə Yay Oyunlarından sonrakı ilk startım idi. Sağalıb “qızıl” medal qazandığıma görə çox şadam. Doğrudur, Universiadadan sonra çiyinlərimi bərpa etmək üçün iki aylıq fasilə götürməli oldum. Tatamiyə qayıtmaq, ilk növbədə özümə nə qədər güclü olduğumu sübut etmək istəyirdim. Əlhəmdulillah, buna nail oldum.

- Hazırkı vəziyyətinizi necə qiymətləndirirsiniz, yaxın planlarınız nələrdir?

- Hazırda reabilitasiya mərhələsindəyəm və tədricən əvvəlki formamı yığıram. İlin sonunadək daha bir turnirdə iştirak etməyi planlaşdırıram. Yəqin ki, bu, “Böyük Dəbilqə” yarışı olacaq. Gələn ildən isə dünya və Avropa çempionatlarına ciddi hazırlaşacağam.

- Adətən, yeni Olimpiya dövrü başlamazdan əvvəl cüdoçuların qaydalara və tempə uyğunlaşmaq üçün vaxtı olur. Mübarizə əvvəlki illərlə müqayisədə nə dərəcədə dəyişib?

- Ümumilikdə, yeni qaydalara tez uyğunlaşdım. Dörd görüşdən ən azı ikisini məhz yeni qaydaların verdiyi imkanlardan istifadə edərək qazandım. Universiadaya qədər bərpa dövründə müxtəlif yaş qrupları üzrə – U-13, U-15, U-18 və U-21 kateqoriyalarında Moldova çempionatlarında hakimlik etdim. Bu da dəyişikliklərə uyğunlaşmağımda kömək etdi.

Ümumən, “yuko” qiymətinin bərpası sayəsində görüşlər daha tez başa çatır. Həmçinin qeyri-standart tutmaları daha uzun saxlamağa icazə verildiyi üçün döyüşlər dinamikləşib. İdmançılar indi fəndlərə daha çox hazırlaşa bilir, bu səbəbdən də “passivlik” üçün xəbərdarlıq daha az verilir.

- Siz tez-tez Hidayət Heydərov və Rəşid Məmmədəliyevlə müxtəlif turnirlərdə qarşılaşmısınız. Hansı görüş sizin üçün ən yadda qalan oldu?

- Desəm ki, ən acı məğlubiyyət Hidayətlə görüşdə idi, yanılmaram. Keçən il Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinalda təxminən yeddi dəqiqə döyüşdük və “qolden skor”da(Qızıl xal – red) uduzdum.

- Gələn il dünya çempionatı Bakıda keçiriləcək. Bu, sizə əlavə motivasiya verir?

- Əlbəttə ki, bəli. Ən əsas yarışın tarixi vətənimdə baş tutacaq olması mənə böyük motivasiya verir. Uğurlu çıxış etmək arzusu çox böyükdür.

- Siz hüquq ixtisası üzrə təhsil almısınız, hazırda beynəlxalq münasibətlər fakültəsində oxuyursunuz, həm də Moldova Azərbaycanlıları Konqresinin Şurasına daxilsiniz. Bəs idman karyerasından sonra nə ilə məşğul olmağı planlaşdırırsınız?

- Dəqiq qərar verməmişəm. Amma yəqin ki, beynəlxalq idman və ya biznes sahəsində fəaliyyət göstərəcəyəm.

- Ümumilikdə, yaxın illər üçün cüdo sahəsində qarşıya hansı məqsədləri qoymusunuz?

- Əsas məqsədim potensialımı maksimum dərəcədə ortaya qoymaqdır. Hələ Avropa və dünya çempionatlarının medallarını, eləcə də Olimpiya “qızılı”nı qazanmaq qismət olmayıb. Əlimdən gələni edəcəyəm, ondan sonrası isə artıq Allahın işidir.

Qeyd edək ki, Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər