AFFA Region Liqasının 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda qarşılaşmaları Şamaxıda keçiriləcək.
Shimal.News xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxı şəhər stadionunda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da "Biləsuvar" və "Şəfəq" komandaları III yer uğrunda mübarizə aparacaqlar.
Günün əsas qarşılaşması isə saat 16:00-da baş tutacaq. Final oyununda "Zəngəzur" və "Marafon" kollektivləri çempionluq uğrunda üz-üzə gələcəklər.