"Şahdağ Qusar" heyətini yeni futbolçu ilə gücləndirib.
Shimal.News xəbər verir ki, I Liqa təmsilçisi 20 yaşlı müdafiəçi Ravil Qafarovla müqavilə imzalayıb. Tərəflər arasında bağlanan anlaşma 2026/27 mövsümünün sonunadək qüvvədə olacaq.
Qeyd edək ki, Ravil Qafarov Azərbaycanın U-21 millisinin üzvüdür. O, ötən həftə "Şamaxı" klubu ilə yollarını ayırdıqdan sonra karyerasını "Şahdağ Qusar"da davam etdirmək qərarına gəlib.