AFFA İntizam Komitəsi bu gün iclas keçirib. Misli Premyer Liqasında baş verən qayda pozuntuları araşdırılıb.
Shimal.News xəbər verir ki, "Şamaxı" – "Araz-Naxçıvan" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat məbləğində cərimələnib.
Qərar 6-cı turun intizam məsələləri ilə bağlı qəbul edilib.