AFFA İntizam Komitəsi "Şamaxı" futbol komandasını cərimələyib.
Shimal.News xəbər verir ki, buna səbəb 17 avqust 2026-cı ildə keçirilən "Qarabağ" - "Şamaxı" matçında "Şamaxı"nın 4 futbolçusunun sarı vərəqə alması olub.
Komitənin qərarına əsasən, "Şamaxı" 700 manat məbləğində cərimələnib. Qərar İntizam Komitəsinin 43.1-ci maddəsinə əsasən qəbul olunub.