Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Şahdağ Qusar" təlim-məşq toplanışı çərçivəsində həftəsonu yoxlama matçı keçirəcək.
Fanat.Az-ın məlumatına görə, Rahid Əmirquliyevin rəhbəri olduğu şimal təmsilçisi digər I Liqa təmsilçisi "Cəbrayıl"la günücü sınayacaq.
Tərəflər 30 avqustda "Neftçi"nin keçmiş bazasında üz-üzə gələcəklər. Oyun saat 10:00-da başlayacaq.
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqada çempion olaraq I Liqaya yüksəlib. Çempionata sentyabrın 11-də start veriləcək. Qusar təmsilçisi debütünü MOİK-lə səfər matçında reallaşdıracaq.